Menyu

Müctəba Xamenei Avropa İttifaqının sanksiya siyahısında deyil

Operativ Media
Müctəba Xamenei Avropa İttifaqının sanksiya siyahısında deyil

İranın yeni ali lideri Müctəba Xameneyi Avropa İttifaqının (Aİ) sanksiya siyahılarına daxil edilməyib.

Operativ Media xəbər verir ki, bu barədə Aİ-nin Xarici Əlaqələr Xidmətinin nümayəndəsi Ənvər əl-Anuni məlumat verib.

"Avropa İttifaqının sanksiya siyahısı nəzərdən keçirilməyə açıqdır. Müctəba Xamenei hazırda Avropa sanksiyaları altında deyil", - deyə o, keçirdiyi brifinqdə bildirib. Əl-Anuni xatırladıb ki, hər hansı bir şəxsin sanksiya siyahısına daxil edilməsi qərarı Aİ Şurasının səlahiyyətindədir və bu qərar qurumun 27 üzv dövlətinin yekdil razılığı ilə qəbul edilir.

Əlaqəli Xəbərlər