Menyu

Antoniu Joze Sequru Portuqaliyanın yeni prezidenti kimi and içib

Operativ Media
Antoniu Joze Sequru Portuqaliyanın yeni prezidenti kimi and içib

Sosialist Partiyasının keçmiş baş katibi Antoniu Joze Sequru Portuqaliyanın yeni prezidenti kimi and içərək vəzifəsinin icrasına başlayıb.

Operativ Media xəbər verir ki, o, üzərinə düşən vəzifələri vicdanla yerinə yetirəcəyinə, Portuqaliya Respublikasının Konstitusiyasını qoruyacağına, dəstəkləyəcəyinə və ona riayət olunmasını təmin edəcəyinə and içib. "EFE" agentliyi təntənəli mərasimdə Sequrunun söylədiyi bu sözləri sitat gətirib. Mərasim dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb.

Sequru bu vəzifədə 2016-cı ildə prezident seçilən və 2021-ci ildə yenidən seçilən Marselu Rebelu di Souzanı əvəz edib. Yerli qanunvericilik ardıcıl olaraq üç dəfə yenidən seçilməyə icazə vermədiyi üçün di Souza növbəti dəfə namizədliyini irəli sürə bilməyib.

Portuqaliyada keçirilən prezident seçkiləri iki turdan ibarət olub. İkinci turun nəticələrinə görə, Sosialist Partiyasının keçmiş baş katibi seçicilərin 66%-dən çoxunun səsini toplayaraq qələbə qazanıb.

Əlaqəli Xəbərlər