Menyu

ABŞ Adanadakı Baş Konsulluğunun əməkdaşlarının bir hissəsini təxliyə etməyi planlaşdırır

Operativ Media
ABŞ Adanadakı Baş Konsulluğunun əməkdaşlarının bir hissəsini təxliyə etməyi planlaşdırır

ABŞ Adanadakı Baş Konsulluğunun heyətinin bir hissəsini təxliyə etməyi planlaşdırır və təhlükəsizlik təhdidinə görə öz vətəndaşlarını Türkiyənin cənub-şərqini tərk etməyə çağırıb.

Operativ Media xəbər verir ki, bu barədə "Al-Jazeera" məlumat yayıb.

ABŞ-nin Ankaradakı səfirliyinin məlumatına görə, Dövlət Departamenti kritik əhəmiyyətli funksiyaları yerinə yetirməyən əməkdaşlara, eləcə də onların ailə üzvlərinə Adanadakı Baş Konsulluğu tərk etməyi əmr edib.

"Türkiyənin cənub-şərqində olan ABŞ vətəndaşlarına təcili olaraq regionu tərk etmək tövsiyə olunur", - məlumatda qeyd edilib.

Əlaqəli Xəbərlər