Menyu

Belçikada sinaqoq yaxınlığında partlayış baş verib

Operativ Media
Belçikada sinaqoq yaxınlığında partlayış baş verib

Belçikanın Lyej şəhərində sinaqoq yaxınlığında gecə saatlarında baş verən partlayışla bağlı polis araşdırmalara başlayıb.

Operativ Media xəbər verir ki, hadisə bazar günündən bazar ertəsinə keçən gecə, yerli vaxtla təxminən saat 04:00 radələrində qeydə alınıb.

İlkin məlumata görə, partlayış sinaqoqun qarşısında yerləşən küçədə baş verib və nəticədə yaxınlıqdakı binaların pəncərələri sınıb. Hadisə zamanı xəsarət alan olmayıb, lakin maddi ziyan qeydə alınıb.

Şəhərin meri Villi Demeyer baş verən hadisəni pisləyərək bildirib ki, istintaqı polis strukturunun terrorla mübarizə bölməsi aparır. Hüquq-mühafizə orqanları partlayışın səbəblərini və mümkün şübhəliləri müəyyənləşdirməyə çalışır. Prokurorluğun da araşdırmaya qoşulacağı gözlənilir.

Hadisənin motivi və partlayışın necə törədildiyi barədə rəsmi məlumat verilməyib, araşdırma davam edir.

Əlaqəli Xəbərlər