Menyu

Pentaqon: Yaxın Şərqdə ölən ABŞ hərbçilərinin sayı yeddiyə çatıb

Operativ Media
Pentaqon: Yaxın Şərqdə ölən ABŞ hərbçilərinin sayı yeddiyə çatıb

ABŞ-nin İrana qarşı əməliyyatı başlayandan bəri həlak olan amerikalı hərbçilərin sayı yeddiyə çatıb.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Komandanlığın "X" sosial şəbəkəsindəki paylaşımında bildirilir: 'Ötən gecə ABŞ hərbçisi İranın ilkin cavab zərbələri nəticəsində aldığı yaralardan vəfat edib. Bu, "Epik qəzəb" (Epic Fury) əməliyyatı zamanı döyüşdə həlak olan yeddinci ABŞ hərbçisidir'.

Qeyd olunur ki, həlak olan hərbçi Səudiyyə Ərəbistanında yerləşdirilən bölməyə mənsub olub və martın 1-də ağır yaralanıb.

Əlaqəli Xəbərlər