Menyu

Emanuel Makron Məsud Pezeşkianla telefonla danışıb

Operativ Media
Emanuel Makron Məsud Pezeşkianla telefonla danışıb

Fransa Prezidenti Emanuel Makron iranlı həmkarı ilə telefonla danışıb.

Operativ Media xəbər verir ki, bu haqda Makron "X" hesabında paylaşım edib.

"İran Prezidenti Məsud Pezeşkianla görüş keçirdim.

Görüş zamanı bildirdim ki, hazırda Fransa səfirliyinin ərazisində olan Sesil Koler və Jak Parinin təhlükəsizliyi və Fransaya qayıtması bizim üçün mütləq prioritet olaraq qalır.

İranın region ölkələrinə qarşı zərbələri dərhal dayandırmasının zəruriliyini vurğuladım.

Həmçinin İran Hörmüz boğazının faktiki bağlanmasına son qoyaraq, gəmiçilik azadlığını təmin etməlidir.

Sonda İranın nüvə və ballistik raket proqramlarının inkişafı, eləcə də hazırkı böhranın kökündə dayanan regiondakı ümumi sabitliyi pozan fəaliyyətləri ilə bağlı ciddi narahatlığımızı bir daha dilə gətirdim.

Bu kritik çağırışlara cavab vermək, eskalasiyaya son qoymaq və sülhü qorumaq üçün diplomatik həll yolu hər zamankindən daha vacibdir.

Biz əlaqə saxlamaq barədə razılığa gəldik", - deyə o qeyd edib.

Əlaqəli Xəbərlər