Menyu

Qırğızıstanda mədəndə qaz sızması ölümə səbəb olub

Operativ Media
Qırğızıstanda mədəndə qaz sızması ölümə səbəb olub

Qırğızıstanın Batken vilayətində yerləşən kömür mədənində baş verən qaz sızması nəticəsində iki nəfər həlak olub, daha 18 nəfər xəstəxanaya yerləşdirilib.

Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan FHN-nin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hadisə "Batken Munay" mədənində qeydə alınıb. 

Xilasetmə qüvvələri təxminən 200 metr dərinlikdən həlak olmuş iki nəfərin meyitini çıxararaq hüquq-mühafizə orqanlarına təhvil verib.

Dəm qazı ilə zəhərlənmə səbəbindən 18 mədənçi rayon xəstəxanasına müraciət edib.

Onların vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Əlaqəli Xəbərlər