Ana səhifə / Dünya / Yunanıstanda zəlzələ baş verib Yunanıstanda zəlzələ baş verib 08.03.2026, 09:00 Operativ Media Yunanıstanda 5,4 bal gücündə zəlzələ qeydə alınıb.Operativ Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.Məlumata görə, yeraltı təkanların episentri Larisa şəhərindən 155 km qərbdə yerləşib.Həmin şəhərdə təxminən 144 min nəfər yaşayır. Zəlzələnin ocağı 5 kilometr dərinlikdə yerləşib.Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.