Fars: İsrail və ABŞ-nin hücumları nəticəsində Tehranın neft anbarları zədələnib
Operativ Media
Tehranın şimalında və qərbində bir neçə neft anbarı İsrail və ABŞ tərəfindən hücuma məruz qalıb .
Operativ Media Fars xəbər agentliyinə istinadən xəbər verir ki, atəş nəticəsində İran paytaxtının Kərəc ətrafındakı neft anbarları, eləcə də Şahran və Kuhak rayonlarında neft anbarları zədələnib.
Zərərin miqyası barədə hələlik heç bir məlumat yoxdur.
Eyni zamanda, agentlik iddia edir ki, əvvəllər zərbə aldığı bildirilən Tehranın cənubundakı neft emalı zavoduna zərər dəyməyib və orada neft emalı adi qaydada davam edir.