Menyu

Türkiyə Dezinformasiya ilə Mübarizə Mərkəzi: Dezinformasiya və təxribatlara qarşı həssas olunmalıdır

Operativ Media
Türkiyə Dezinformasiya ilə Mübarizə Mərkəzi: Dezinformasiya və təxribatlara qarşı həssas olunmalıdır

Son günlər bölgədə baş verən hadisələrlə əlaqədar sosial mediada və bəzi digər platformalarda Türkiyə–Azərbaycan münasibətləri və Azərbaycana qarşı həddi aşan tənqid, dezinformasiya və təxribat xarakterli paylaşımların yayıldığı bildirilir.

Operativ Media-nın məlumatına görə, bu barədə “x” sosial şəbəkə hesabında Türkiyə Dezinformasiya ilə Mübarizə Mərkəzi paylaşım edib. 

Qeyd olunur ki, ortaq tarix və dəyərlərlə bir-birinə sıx bağlı olan Türkiyə və Azərbaycan münasibətləri bu gün olduğu kimi, keçmişdə də müxtəlif sınaqlardan uğurla çıxıb. Bildirilir ki, iki ölkə arasında münasibətlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev səviyyəsində liderliklə inkişaf etdirilir və əməkdaşlıq bütün sahələrdə “Tek Millet, İki Devlet” prinsipi əsasında davam etdirilir.

Açıqlamada ictimaiyyətə də çağırış olunaraq bildirilib ki, iki ölkə arasındakı qardaşlığa zərər verə biləcək həddi aşan bəyanatlara, dezinformasiyalara və qara təbliğat fəaliyyətlərinə qarşı daha həssas yanaşmaq vacibdir. Həmçinin vurğulanıb ki, kritik məsələlərdə Türkiyə və Azərbaycan rəsmi qurumlarının açıqlamalarına diqqət yetirilməsi önəmlidir.

Əlaqəli Xəbərlər