Ciddədən 200-dən çox Azərbaycan vətəndaşı gətirilib
Operativ Media
Yaxın Şərqdə yaranmış vəziyyətlə əlaqədar olaraq uçuşları ləğv olunmuş ölkə vətəndaşlarının Azərbaycan tərəfindən Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya növbəti təhlükəsiz təxliyəsi həyata keçirilib.
Operativ Media-nın məlumatına görə, "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus "Boeing 787 Dreamliner" təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Təxliyə reysi vasitəsilə ümumilikdə 200 nəfərdən çox vətəndaşın Azərbaycana qayıdışı təmin edilib.