Menyu

Dubayın beynəlxalq hava limanı qismən fəaliyyətini bərpa edib - YENİLƏNİB

Xəbərlər redaksiyası
Dubayın beynəlxalq hava limanı qismən fəaliyyətini bərpa edib - YENİLƏNİB

Dubay Beynəlxalq Aeroportu (DXB) və Əl-Maktum (DWC) qismən fəaliyyətini bərpa edib.

Operativ Media xəbər verir ki, bu barədə aeroport sosial media hesabında paylaşım edib.

"7 mart tarixindən etibarən DXB və DWC-dən bəzi uçuşlar həyata keçirərək fəaliyyətimizi qismən bərpa etmişik", - deyə açıqlamada bildirilir.



***

12:24

Dubay Beynəlxalq Aeroportu fəaliyyətini dayandırıb.

Operativ Media xəbər verir ki, bu barədə Dubay hökumətinin media ofisi məlumat yayıb.

"Sərnişinlərin, hava limanı işçilərinin və aviaşirkət heyətinin təhlükəsizliyini təmin etmək üçün Dubay Beynəlxalq Aeroportunda  əməliyyatlar müvəqqəti olaraq dayandırılıb. Bütün prosedurlar müəyyən edilmiş təhlükəsizlik protokollarına uyğun olaraq həyata keçirilir".- məlumatda qeyd edilib.

Əlaqəli Xəbərlər