Menyu

Xarkova hava zərbələri nəticəsində 7 nəfər ölüb

Xəbərlər redaksiyası
Xarkova hava zərbələri nəticəsində 7 nəfər ölüb

Xarkovda Rusiya təyyarələrinin hücumu 7 nəfərin ölümünə səbəb olub.

Operativ Media xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət xidməti məlumat yayıb.

Bildirilib ki, Xarkov şəhərində Rusiyanın raket zərbəsi nəticəsində 5 mərtəbəli binanın dağıntıları altından 7 nəfərin cəsədi çıxarılıb.

Xilasedicilər qeyd ediblər ki, hələ də dağıntılar altında insanlar qalıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, zərbə qonşu binanın 1-ci mərtəbədən 5-ci mərtəbəyə qədər girişini və dördüncü və beşinci mərtəbələrdəki mənzillərin konstruksiyalarını dağıdıb. İlkin olaraq 2-si uşaq olmaqla 10 nəfər yaralanıb və 4 nəfər xilas edilib.

Fotogalereya

Əlaqəli Xəbərlər