Menyu

"Emirates" aviaşirkəti Dubaya uçuşları bərpa edib - YENİLƏNİB

Xəbərlər redaksiyası
"Emirates" aviaşirkəti Dubaya uçuşları bərpa edib - YENİLƏNİB

"Emirates" aviaşirkəti Dubaya və əks istiqamətdə uçuşların bərpa olunduğunu elan edib.

Operativ Media xəbər verir ki, bu barədə aviaşirkətin "X" sosial şəbəkəsindəki bəyanatında bildirilib.

"Bugünki reyslərə bronu təsdiqlənmiş sərnişinlər hava limanına yollana bilərlər. Bu, həmçinin Dubaydan tranzit keçən sərnişinlərə də aiddir", - məlumatda bildirilib.

Aviaşirkətin cədvəlinə görə, uçuşlar Dubay Beynəlxalq Hava Limanı vasitəsilə həyata keçiriləcək.

***

11:23

"Emirates" aviaşirkəti Dubaya və Dubaydan bütün uçuşları dayandırır.

Operativ Media xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə və Dubaydan bütün Emirates aviaşirkətlərinin uçuşları növbəti xəbərdarlığa qədər dayandırılıb.


Əlaqəli Xəbərlər