Türkiyə Prezidenti Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə telefon danışığı aparıb
Şəfa Hüseynli
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında telefon danışığı olub.
Operativ Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüşdə bölgədəki münaqişə və son hadisələr müzakirə olunub.
Ərdoğan hər şeyə baxmayaraq, diplomatiyaya şans vermək, problemləri dialoq yolu ilə həll etmək və danışıqlara qayıtmaq üçün görüşlər keçirdiyini bildirib.
Türkiyə Prezidenti edilən hücumlarla bağlı Səudiyyə Ərəbistanına başsağlığı verib.