Yaponiyanın “HTV-X1” yük gəmisi Beynəlxalq Kosmik Stansiyadan ayrılıb.
Operativ Media xəbər verir ki, bu barədə “NASA” məlumat yayıb.
Bildirilib ki, əməliyyat zamanı 17 metrlik “Canadarm-2” robot qolu kosmik gəmini Beynəlxalq Kosmik Stansiyadan təhlükəsiz məsafəyə yönəldib və onu uçuşa buraxıb.
Məlumata görə, “HTV-X1” kosmik gəmisi üç aydan çox müddət ərzində orbitdə qalacaq və Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi tərəfindən aparılan təcrübələr üçün elmi platforma rolunu oynayacaq.