Menyu

Azərbaycan və İran yük avtomobillərinin geri qayıtması üçün sərhəddə buraxılışa başlanılıb

Operativ Media
Azərbaycan və İran yük avtomobillərinin geri qayıtması üçün sərhəddə buraxılışa başlanılıb

Azərbaycanla İran arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış (o cümlədən tranzit məqsədilə giriş-çıxış) müvəqqəti olaraq dayandırılması səbəbilə hər iki ölkəyə məxsus yük avtomobillərinin geri qayıtması üçün qərar qəbul edilib.

Nazirlər Kabinetindən Operativ Media-ya verilən məlumata görə, hazırda İrandan Azərbaycana qayıdan Azərbaycan Respublikasına məxsus yük avtomobillərinin, həmçinin Azərbaycandan İrana qayıdan İran İslam Respublikasına məxsus yük avtomobillərinin Astara, Biləsuvar və Culfa dövlət sərhədindən buraxılış məntəqələrindən buraxılışına başlanılıb.
Xatırladaq ki, martın 5-də İranın Naxçıvana dron hücumundan sonra Azərbaycanın Nazirlər Kabineti mövcud vəziyyəti nəzərə alaraq, Azərbaycan-İran dövlət sərhədində bütün sərhəd-keçid məntəqələrindən yük avtomobillərinin hərəkətinin (o cümlədən tranzit məqsədilə yük avtomobillərinin hərəkətinin) müvəqqəti olaraq tam dayandırılması barədə qərar qəbul edib.

Əlaqəli Xəbərlər