Menyu

Türk Hava Yolları İrana uçuşları 20 mart tarixinə qədər təxirə salıb

Şəfa Hüseynli
Türk Hava Yolları İrana uçuşları 20 mart tarixinə qədər təxirə salıb

Türk Hava Yolları İrana uçuşları 20 marta qədər dayandırıb.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat naziri Əbdülkadir Uraloğlu bildirib.

"Bu gündən etibarən Türk Hava Yolları, AJet, Pegasus və SunExpress tərəfindən həyata keçirilən İran, İraq, Suriya, Livan və İordaniyaya uçuşlar dayandırılıb. Bundan əlavə, Pegasus Airlines 12 mart tarixinə qədər İrana, Türk Hava Yolları isə 20 marta qədər uçuşları cədvəlindən çıxarıb".- məlumatda qeyd edilib.

O, həmçinin bildirib ki, "Hələb istisna olmaqla, İran, İsrail, İraq, Qətər, Bəhreyn, Küveyt və Suriyanın hava məkanı bağlı qalır".  

Əlaqəli Xəbərlər