Hüquqi şəxsin iflas prosesində olması barədə məlumat dövlət reyestrinə daxil ediləcək
Operativ Media
Nazirlər Kabineti 13 aprel 2005-ci il tarixli "Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları"nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında" qərarında dəyişiklik edib.
Operativ Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb.
Qərara əsasən, qurumların təşkili, qeydiyyatı, yenidən təşkili, məhkəmənin yekun qərarı ilə cinayət-hüquqi tədbir qismində hüquqi şəxsin iflas prosesində olması barədə məlumat dövlət reyestrinə daxil ediləcək.