Menyu

TDT Xarici İşlər Nazirlərinin görüşü İstanbulda keçiriləcək

Şəfa Hüseynli
TDT Xarici İşlər Nazirlərinin görüşü İstanbulda keçiriləcək

Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşü sabah İstanbulda xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə keçiriləcək.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Türkiyə və Azərbaycan, eləcə də üzv ölkələr Qazaxıstan,Qırğızıstan, Özbəkistanın da təmsil olunacağı görüşdə təşkilat daxilində son inkişaflar və gələcək addımlar qiymətləndiriləcək, cari qlobal və regional məsələlər üzrə hərtərəfli məsləhətləşmələr aparılacaq.

Görüş çərçivəsində Fidan həmkarları ilə ikitərəfli görüşlər keçirəcək, səfərdə olan nümayəndə heyətlərinin rəhbərləri isə Prezidentlə görüşəcək. Rəcəb Tayyib Ərdoğan  bütün tərəflərin kollektiv şəkildə qəbul edilməsi gözlənilir.

Əlaqəli Xəbərlər