Menyu

Azərbaycan ilə “Dell Technologies” arasında süni intellekt sahələrində əməkdaşlıq müzakirə edilib

Operativ Media
Azərbaycan ilə “Dell Technologies” arasında süni intellekt sahələrində əməkdaşlıq müzakirə edilib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyaya səfəri çərçivəsində “Dell Technologies” şirkətinin Avropa,Yaxın Şərq və Afrika üzrə prezidenti Edrian Makdonald ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə nazir öz "X" hesabında paylaşım edib.

Görüş zamanı Azərbaycan ilə “Dell Technologies” arasında rəqəmsal transformasiya, süni intellekt və məlumat infrastrukturu sahələrində əməkdaşlıq imkanlarını müzakirə edilib.

Həmçinin Azərbaycanda suveren "bulud" həlləri, süni intellekt imkanları barədə fikir mübadiləsi aparılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər