Qırğızıstan XİN rəhbəri Küveytli həmkarı ilə telefon danışığı aparıb
Şəfa Hüseynli
Qırğızıstanın xarici işlər naziri Jenbek Kulubayev Küveytin xarici işlər naziri Cərrah Cabir əl-Əhməd əs-Sabah ilə telefon danışığı aparıb.
Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan XİN məlumat yayıb.
Söhbət zamanı nazir Kulubayev Yaxın Şərqdə artan gərginliklə bağlı dərin narahatlığını ifadə edib.
Tərəflər regionda gərginliyin tezliklə azalmasına, diplomatik dialoqun bərpasına və sülhün və sabitliyin möhkəmləndirilməsi üçün konkret addımların atılmasına ümid etdiklərini bildiriblər.