Menyu

Ərdoğan: İranın hücumları bölgədə gərginliyi artırır

Operativ Media
Ərdoğan: İranın hücumları bölgədə gərginliyi artırır

İranın hücumları bölgədə gərginliyi artırır.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Beştepe Millet Sergi Salonunda keçirilən "Esnaf ve Sanatkarlarla İftar" proqramında çıxışı zamanı deyib.

Ərdoğan bildirib ki, İranın bölgədəki digər ölkələrə göndərdiyi raketlər və kamikaze dronlar atəşin daha geniş əraziyə yayılma riskini ortaya çıxarıb.

Ərdoğan vurğulayıb ki, ölkənin təhlükəsizliyinə hər hansı risk yaranacağı halda müttəfiqlərlə koordinasiya şəraitində bütün tədbirlər diqqətlə həyata keçirilir və Türkiyə sərhədlərinin və hava sahəsinin təhlükəsizliyinin təmin olunmasında ən kiçik bir nöqsan və ya tərəddüdə yol vermir.

Türkiyə Prezidenti əlavə edib ki, ölkə bölgədə daha çox qan tökülməməsi və daha çox günahsız insanın həyatını itirməməsi məqsədilə çoxşaxəli diplomatiyasını davam etdirəcək.

Ərdoğan çıxışında sülhün və sabitliyin təmin edilməsi üçün diplomatik səylərin hər zaman prioritet olaraq qalacağını və regiondakı münaqişələrin həlli üçün bütün imkanların səfərbər ediləcəyini qeyd edib.

Əlaqəli Xəbərlər