Menyu

Rəşad Nəbiyev Birləşmiş Krallıqda texnologiya sahəsində fəaliyyət göstərən diasporanın üzvləri görüş keçirib

Operativ Media
Rəşad Nəbiyev Birləşmiş Krallıqda texnologiya sahəsində fəaliyyət göstərən diasporanın üzvləri görüş keçirib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Birləşmiş Krallıqda texnologiya sahəsində fəaliyyət göstərən diasporanın üzvləri və təhsil alan tələbələrlə görüş keçirib.

Operativ Media xəbər verir ki, bu barədə R.Nəbiyevin "X" hesabında paylaşım edilib.

"Görüş zamanı Azərbaycanın rəqəmsal və süni intellekt əsaslı transformasiya mərhələsinə qədəm qoyduğunu vurğuladıq, bu istiqamətdə ölkəmizdə həyata keçirilən layihələr və görülən işlər barədə ətraflı məlumat verdik. Genişmiqyaslı rəqəmsallaşma, insan kapitalına yatırımlar və 2026–2028-ci illər üçün təsdiqlənmiş Fəaliyyət Planı çərçivəsində əsas hədəfin Azərbaycanın regionun etibarlı rəqəmsal mərkəzinə çevrilməsi olduğunu qeyd etdik.

Eyni zamanda diaspora nümayəndələrini bilik və təcrübə mübadiləsinə, birgə layihələrə və texnoloji diplomatiya istiqamətində daha fəal əməkdaşlığa dəvət etdik", - nazir qeyd edib.

Əlaqəli Xəbərlər