Menyu

İsrail İranın Azərbaycana dron hücumunu pisləyib

Operativ Media
İsrail İranın Azərbaycana dron hücumunu pisləyib

İsrail Azərbaycanın Naxçıvan hava limanına İranın pilotsuz uçuş aparatları (PUA) ilə endirilən zərbələri qətiyyətlə pisləyir.

Operativ Media xəbər verir ki, bu barədə İsrail xarici işlər nazirinin müavini Şaren Haskel sosial media hesabında paylaşım edib.

Haskel Naxçıvandakı hadisəni İran rejiminin təcavüzkar siyasətinin bariz nümunəsi kimi qiymətləndirib:

"Bu gün səhər Azərbaycanda İranın cilovunu itirdiyinə dair daha bir sübut əldə etdik. Ayətullah rejimi növbəti qonşu ölkənin mülki hava limanına raketlər və PUA-lar atırsa, deməli maskalar daha yoxdur. Tehrandakı osminoq başı artıq proksi təşkilatların arxasında gizlənmir, birbaşa hücum edir və xaos yayır”.

Nazir müavini həmçinin vurğulayıb ki, beynəlxalq birlik bu təhlükəyə qarşı biganə qalmamalıdır: "Dünya İranı dayandırmayana qədər, o, dayanmayacaq".

Əlaqəli Xəbərlər