Menyu

Deputat: İranın Naxçıvana zərbə endirməsi onun nankorluğunun və riyakarlığının göstəricisidir

Operativ Media
Deputat: İranın Naxçıvana zərbə endirməsi onun nankorluğunun və riyakarlığının göstəricisidir

“İran tərəfinin belə bir addım atması onun nankorluğunun və riyakarlığının göstəricisidir. Çünki Azərbaycan hər zaman İranla münasibətlərin qorunmasına xüsusi önəm verib, dostluq və qonşuluq münasibətlərinə sadiq olduğunu nümayiş etdirib”.

Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib. 

O bildirib ki, son günlərdə dövlət başçısının İran prezidentinə başsağlığı verməsi, eləcə də İran səfirliyinə gedərək başsağlığı bildirməsi bunu bir daha təsdiq edir:

“Yəni bütün risklərə baxmayaraq, dünyada İranın müəyyən mənada təcrid olunduğu bir dövrdə Azərbaycan öz prinsipial mövqeyini ortaya qoydu və qonşuluq münasibətlərinə sadiq qaldı.

Lakin İran tərəfi bunların heç birini nəzərə almadan Azərbaycana qarşı təxribat xarakterli addım atdı. Halbuki Azərbaycan dəfələrlə bəyan edib ki, onun ərazisindən İrana qarşı heç vaxt istifadə olunmayıb və bundan sonra da istifadə olunmayacaq. Bu mövqe rəsmi Tehran tərəfinə dəfələrlə çatdırılıb.

Azərbaycan Prezidentinin yüksək səviyyəli nümayəndə heyəti ilə İran səfirliyinə baş çəkməsi, humanitar dəstək göstərilməsi və digər addımlar Azərbaycanın bu məsələdə nə qədər həssas və məsuliyyətli mövqe tutduğunu göstərir. Yəni Azərbaycan heç vaxt riyakar siyasət yürütməyib, əksinə, həmişə qonşularına dəstək olub və onların yanında dayanıb.

Təəssüf ki, İran tərəfinin Naxçıvan Beynəlxalq Hava Limanını hədəfə alması olduqca ciddi və təhlükəli addımdır. Bu mülki vətəndaşların istifadə etdiyi bir hava limanıdır və belə bir obyektin hədəfə alınması terror aktı kimi qiymətləndirilə bilər. Burada mülki əhalinin və kənd sakinlərinin təhlükəyə məruz qalması isə vəziyyətin nə qədər ciddi olduğunu göstərir.

Bu addım acizlik və təxribat nümunəsi kimi qiymətləndirilməlidir. Çünki başqa cür bunu izah etmək çətindir. Azərbaycan isə hər zaman olduğu kimi prinsipial mövqeyini qoruyacaq və dövlətimizin maraqlarını müdafiə edəcək.

Təəssüf ki, İran tərəfi Azərbaycanı əsassız ittiham edə bilmədiyi üçün belə bir təxribatçı addıma əl atdı və nəticədə regionda gərginliyi artıran məsuliyyətsiz davranış nümayiş etdirdi”.


Əlaqəli Xəbərlər