Fransa xarici işlər naziri iranlı həmkarı ilə danışıb
Şəfa Hüseynli
İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparan Fransa XİN rəhbəri Jan-Noel Barrot münaqişədə gərginliyin azaldılmasına çağırıb.
Operativ Media xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.
Nazirlik bildirib ki, Barrot "İranın hücumlarını qınayıb, Fransanın Yaxın Şərqdə sabitliyə, gərginliyin azaldılmasına və beynəlxalq hüquqa uyğun olaraq tələbkar diplomatik dialoqun bərpasına sadiqliyini bir daha təsdiqləyib".
Barrot həmçinin İranda saxlanılan Fransa vətəndaşlarının taleyi ilə bağlı narahatlığını ifadə edərək, onların dərhal azad edilməsinə çağırıb.