İsrail və ABŞ İranın 174 şəhərinə zərbələr endirib
Şəfa Hüseynli
İsrail və ABŞ-nin İran ərazisinə endirdiyi zərbələr İslam Respublikasının 174 şəhərinə təsir göstərib və müharibənin başlanğıcından bəri 1332 hücum qeydə alınıb.
Operativ Media xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
Qızıl Ayparanın məlumatına görə, hücumlar nəticəsində 14 tibb mərkəzinə ziyan dəyib.