İran Türkiyəyə raket atılması ilə bağlı xəbərləri təkzib edib
Şəfa Hüseynli
İran silahlı qüvvələri Türkiyə ərazisinə raket atılması barədə məlumatları təkzib edib və Tehranın Türkiyənin suverenliyinə hörmətlə yanaşdığını bildirib.
Operativ Media xəbər verir ki, bu barədə "SNN" telekanalı məlumat yayıb.
"İran İslam Respublikasının Silahlı Qüvvələri qonşu və dost Türkiyənin suverenliyinə hörmətlə yanaşır və bu ölkə ərazisində raket atışları ilə bağlı hər hansı bir məlumatı təkzib edir". - İran Baş Qərargahının bəyanatında qeyd edilib.