Menyu

Makron mart ayında Yaponiyaya səfər etməyi planlaşdırır

Operativ Media
Makron mart ayında Yaponiyaya səfər etməyi planlaşdırır

Fransa Prezidenti Emmanuel Makron bu ilin mart ayında Yaponiyaya səfər etməyi planlaşdırır.

Operativ Media xəbər verir ki, bu haqda "Kyodo" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində onun Baş nazir Sanae Takaiçi ilə görüşərək İran və Ukrayna ətrafındakı mövcud vəziyyəti, habelə Asiya-Sakit okean regionunun təhlükəsizlik məsələlərini müzakirə edəcəyi gözlənilir.

Danışıqlarda Makronun 2025-ci ilin dekabrında səfər etdiyi Çinlə münasibətlər mövzusu da yer alacaq. "Kyodo" agentliyinin qeyd etdiyi kimi, Takaiçi Tokio və Pekin arasındakı münasibətlərin kəskinləşdiyi bir vaxtda bu istiqamətdə Parislə həmrəylik nümayiş etdirmək niyyətindədir. Rəsmi Yaponiya xüsusilə Makronun Çin sədri Si Cinpini 2026-cı ilin iyununda Fransada keçiriləcək G7 sammitinə dəvət etmək planlarından narahatlıq keçirir.

Bununla belə, agentlik bildirir ki, İran ətrafında gərginliyin yenidən artacağı təqdirdə Makronun Yaponiyaya səfəri təxirə salına bilər.

Əlaqəli Xəbərlər