Menyu

Çin 2026-cı ildə ordusunu modernləşdirəcək

Operativ Media
Çin 2026-cı ildə ordusunu modernləşdirəcək

Çin Xalq Respublikasının Sədri Si Cinpinin göstərişlərinə əsasən, Çin hakimiyyəti 2026-cı ildə ölkənin silahlı qüvvələrini gücləndirmək və modernləşdirmək niyyətindədir.

Operativ Media xəbər verir ki, bu barədə 14-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının (ölkənin ali qanunvericilik orqanı) 4-cü sessiyasının hesabatında məlumat verilib.

Sənəddə qeyd olunur ki, ötən il ərzində milli müdafiə və silahlı qüvvələrin modernləşdirilməsi istiqamətində mühüm nailiyyətlər əldə edilib. 2026-cı ildə Si Cinpinin ordunun gücləndirilməsi ilə bağlı ideyaları və yeni dövrün hərbi-strateji kursu dərindən rəhbər tutulmalıdır. Eyni zamanda, silahlı qüvvələrin quruculuğu üzrə 15-ci beşillik planın hazırlanması yekunlaşdırılmalı, milli müdafiənin inkişafı üçün mühüm layihələr icra edilməli və hərbi doktrinanın modernləşdirilməsini təşviq edən proqram həyata keçirilməlidir.

Hesabatda vurğulanır ki, modernləşmə prosesində Çin Kommunist Partiyası ÇXAO üzərində "mütləq liderliyini" qoruyub saxlayacaq. Ordunun siyasi cəhətdən möhkəmləndirilməsi vəzifəsinə uyğun olaraq, Pekin siyasi intizamı və təlimləri ardıcıl şəkildə dərinləşdirmək, habelə Xalq Azadlıq Ordusunun yaradılmasının yüz illiyi üçün müəyyən edilmiş hədəflərə nail olmaq istiqamətində yorulmadan səy göstərmək niyyətindədir.

Hərbi təhsil və döyüş hazırlığı sahəsindəki səylər vasitəsilə Çinin milli suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qorumaq məqsədilə cəbhə xəttindəki döyüş qabiliyyətinin və strateji imkanların dinamik şəkildə artırılması planlaşdırılır.

Əlaqəli Xəbərlər