Ana səhifə / Dünya / İraqda elektrik sistemi sıradan çıxıb İraqda elektrik sistemi sıradan çıxıb 04.03.2026, 23:32 Operativ Media İraqda elektrik sisteminin tamamilə sıradan çıxması üzündən ölkənin bütün əyalətləri qaranlığa qərq olub. Operativ Media xəbər verir ki, elektrik kəsintisinə səbəb Bəsrədəki stansiyada qaz təchizatında baş verən texniki problem olub. İraq Energetika Nazirliyinin açıqlamasına görə, sıradan çıxmış elektrik stansiyalarının və ötürücü xətlərin yenidən işə salınması üçün işlər aparılır.