Menyu

Polşa nüvə potensialını nəzərdən keçirir

Şəfa Hüseynli
Polşa nüvə potensialını nəzərdən keçirir

Polşanın Baş naziri Donald Tusk ölkənin gələcəkdə nüvə silahı əldə etməyi nəzərdən keçirəcəyini bildirib.

Operativ Media xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Qeyd olunur ki, Varşava nüvə təhlükəsizliyi məsələsinə çox ciddi yanaşır və bu istiqamətdə mümkün qədər müstəqil hərəkət etməyə hazırlaşır. Polşa bu məsələdə yavaşlamaq istəmir.

Baş nazir həmçinin nüvə enerjisi və milli təhlükəsizliklə bağlı layihələrin əhatə dairəsinin genişləndirilməsini vurğulayıb. O, həmçinin Fransa Prezidenti Emmanuel Makronun nüvə silahı daşıya bilən qırıcı təyyarələrin müttəfiq ölkələrin ərazisində müvəqqəti yerləşdirilməsi təşəbbüsü ilə bağlı Parislə danışıqların aparıldığını da bildirdi.

Tusk bildirib ki, bu məsələ ilə bağlı İsveç və Danimarka kimi Avropa ölkələri ilə də məsləhətləşmələr aparılıb. Bəzi ölkələr bu təşəbbüsə maraq göstəriblər. Danışıqların növbəti mərhələsi martın 10-da Parisdə keçiriləcək nüvə enerjisi sammiti olacaq.

Əlaqəli Xəbərlər