Menyu

ABŞ İranın hava hücumunda həlak olan dörd hərbçisinin adını açıqlayıb

Şəfa Hüseynli
ABŞ İranın hava hücumunda həlak olan dörd hərbçisinin adını açıqlayıb

ABŞ İranın hava hücumu nəticəsində həlak olan dörd hərbçinin adını açıqlayıb.

Operativ Media xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Dörd əsgərin hamısı Ayova ştatındakı ABŞ Ordusu Ehtiyatlarının üzvləri idi.

Bildirilib ki, həlak olanlar 35 yaşlı kapitan Kodi Xork, 42 ​​yaşlı birinci dərəcəli çavuş Noah Tietjens, 39 yaşlı birinci dərəcəli çavuş Nikol Amore və 20 yaşlı çavuş Deklan Kodi idi.

Qeyd edək  ki, 1 mart tarixində İrana məxsus pilotsuz təyyarə Küveytin Port Şuayba şəhərindəki ABŞ hərbi obyektinə zərbə endirib. Hücum nəticəsində altı amerikalı əsgər həlak olub.

Əlaqəli Xəbərlər