ABŞ Səudiyyə Ərəbistanı və Omandakı səfirlik işçilərinin ölkələri tərk etməsinə icazə verib
Şəfa Hüseynli
ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanı və Omandakı Amerika səfirliklərinin əməkdaşlarına və onların ailə üzvlərinə ölkələri tərk etməyə icazə verib.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.
Bildirilib ki, bu yalnız Səudiyyə Ərəbistanında və ya Omanda olması xüsusi əhəmiyyət kəsb etməyən işçilərə aiddir.
Dövlət Departamenti qeyd edir ki, Yaxın Şərqdəki gərgin vəziyyətə görə İran dəfələrlə Səudiyyə Ərəbistanı və Omandakı səfirlikləri bombalayıb.