Fransa Prezidenti Emmanuel Makron Yaxın Şərqdə davam edən münaqişə ilə əlaqədar ölkənin yeganə təyyarədaşıyan gəmisi olan "Şarl de Qoll"un Aralıq dənizinə göndərilməsi barədə göstəriş verib.
Operativ Media xəbər verir ki, bu barədə Fransa milli televiziyası məlumat yayıb.
Bildirilib ki, Makron Fransanın bölgədəki hərbi mövcudluğunu təyyarədaşıyan gəmi, qırıcı təyyarələr və hava hücumundan müdafiə sistemləri göndərməklə gücləndirmək qərarına gəlib.