Pentaqon: ABŞ və Ekvador narkotik kartellərinə qarşı birgə əməliyyata başlayıblar
Operativ Media
ABŞ və Ekvador hərbçiləri narkokartellərə qarşı birgə əməliyyatlara başlayıblar.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.
Komandanlığın "X" sosial şəbəkəsindəki səhifəsində paylaşılan məlumatda deyilir: "Martın 3-də ABŞ və Ekvador Silahlı Qüvvələri Ekvadorda terror təşkilatları siyahısına daxil edilmiş qruplaşmalara qarşı əməliyyatlara başlayıb. Bu əməliyyatlar Latın Amerikası və Karib hövzəsi tərəfdaşlarının 'narkoterrorizm' bəlası ilə mübarizəyə sadiqliyinin bariz nümunəsidir".