Menyu

İspaniyada piyada körpüsünün uçması nəticəsində beş nəfər ölüb

Operativ Media
İspaniyada piyada körpüsünün uçması nəticəsində beş nəfər ölüb

İspaniyanın şimalındakı Kantabriya muxtar icmasının Santander şəhərində piyada körpüsünün uçması nəticəsində azı beş nəfər ölüb.

Operativ Media xəbər verir ki, bu barədə yerli Dənizdə Xilasetmə və Təhlükəsizlik Xidməti "X" sosial şəbəkəsində bildirib.

Məlumatda bildirilir ki, daha iki itkin düşmüş şəxsin axtarışı davam edir.

EFE agentliyinin məlumatına görə, körpü yeddi gəncdən ibarət qrup onu keçərkən uçub.

Əlaqəli Xəbərlər