İsrail İranın məxfi nüvə mərkəzinə zərbə endirib
Operativ Media
İsrail Ordusu İranın paytaxtı Tehran yaxınlığında yerləşən məxfi nüvə mərkəzinə zərbə endirdiyini açıqlayıb.
Operativ Media xəbər verir ki, bu barədə İsrail Ordusunun rəsmi nümayəndəsi, briqada generalı Efi Defrin brifinqdə bildirib.
General Efi Defrin qeyd edib ki, bir neçə saat əvvəl Minzadəhi bazasına zərbə endirilib və həmin məkanda nüvə silahı hazırlamağa çalışan alimlərin olduğu qeyd olunub.
“Ərazi daxilində gizli şəkildə fəaliyyət göstərən nüvə alimləri qrupu nüvə silahı sisteminin əsas komponentlərindən birini inkişaf etdirirdi. Hərbi Kəşfiyyat İdarəsi (AMAN) onların yerləşdiyi yeri müəyyən edib və bu, gizli kompleksə dəqiq zərbə endirilməsinə imkan verib.” , - deyə əlavə edilib.