Gəncədə 3 ay əvvəl çəkilən asfalt örtüyü yararsız hala düşüb - VİDEO
Gəncə şəhərinin Keçid küçəsində 3 ay əvvəl asfalt örtüyü döşənən yol yararsız vəziyyətə düşüb. Sakinlərin sözlərinə görə, təxminən 7 kilometrlik hissədə örtükdə çatlar, dağılmalar və qopmalar müşahidə olunur.
Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən Operativ Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 2025-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) və Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin müxtəlif ərazilərini əhatə edən 130-a yaxın küçə və prospekt yenidən asfaltlanıb.
Qeyd olunub ki, Gəncə şəhərinin Üzeyir Hacıbəyov və Zülfü Hacıyev küçələrində asfaltlama işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılıb.
“Qeyd olunan ərazilərdə yaranmış problemlərin aradan qaldırılması üçün tərəfimizdən aidiyyəti quruma məlumat verilib”, – deyə məlumatda bildirilib.
Gəncədə 3 ay əvvəl çəkilən asfalt örtüyü yararsız hala düşübhttps://t.co/ehdkKRoZAg pic.twitter.com/SpqZEeZYwX
— Operativ Media (@operativmedia) March 3, 2026