Menyu

II Qadın Liderləri Zirvəsinə son 3 gün!

Operativ Media
II Qadın Liderləri Zirvəsinə son 3 gün!

“Facemark” şirkətinin təşkilatçılığı ilə 7 mart 2026-cı il tarixində Gülüstan Sarayında keçiriləcək II Qadın Liderləri Zirvəsi, müxtəlif sahələrdə iz qoymuş qadın liderləri eyni səhnədə birləşdirəcək. Zirvə liderliyin yalnız nəticə deyil, bir proses olduğunu vurğulayaraq bu yolun çətinliklərini, dönüş nöqtələrini və davamlı inkişafın əsas prinsiplərini diqqət mərkəzinə gətirəcək.

Operativ Media xəbər verir ki, tədbir “ABB Bank”ın bank sponsorluğu, “Başkent” və ‘Insure.az”ın sponsorluğu, “Markup Agency” və “Moon Group”un dəstəyi ilə keçirilir.

Zirvə bir gün ərzində keçiriləcək və proqram üç əsas panel üzərində qurulacaq. Davos formatına uyğun təşkil olunacaq panellərdə “Zirvəyə gedən yol”, “Zirvədə qarşıya çıxan baryerlər” və “Zirvədə davamlılıq və dayanıqlılıq” mövzuları ətraflı şəkildə müzakirə ediləcək. Bu müzakirələr qadınların liderlik yolunda ilk addımlarından başlayaraq, zirvədə mövqelərini qoruyub saxlamaq üçün tətbiq etdikləri strategiyalara qədər bütün əsas mərhələləri əhatə edəcək.

Gün boyunca keçiriləcək çıxışlar və müzakirələr vasitəsilə qadın liderliyinin müxtəlif aspektləri işıqlandırılacaq, fərqli sahələrdə uğur qazanmış liderlərin real təcrübələri və şəxsi hekayələri iştirakçılarla paylaşılacaq. Bu yanaşma iştirakçılara yalnız nəzəri bilik deyil, eyni zamanda praktik baxış bucağı və tətbiq oluna biləcək dəyərli ideyalar qazandıracaq.

Qadın Liderləri Zirvəsi biznes, media, maliyyə, startap, mədəniyyət və yaradıcı sənayeləri təmsil edən qadın liderlərin real təcrübələrini bir araya gətirərək, iştirakçılara ilhamverici dialoq, praktik bilik və güclü şəbəkələşmə imkanı təqdim edəcək.

Tədbirdə iştirak və ətraflı məlumat üçün qlz.az saytına daxil ola bilərsiniz.

• Sayt: https://qlz.az/

• Instagram: https://www.instagram.com/qadinliderlerizirvesi/

• Facebook: https://www.facebook.com/profile.php?id=61565512810752

• LinkedIn: https://www.linkedin.com/company/104967321/


Əlaqəli Xəbərlər