8 Mart ərəfəsində gül bazarında qiymətlər - SİYAHI
8 Mart yaxınlaşdıqca gül bazarında tələbatın artması nəticəsində qiymətlər də yüksəlir. İdxal olunan məhsullarda nəqliyyat, logistika və gömrük xərcləri, həmçinin mövsümi istixana xərcləri yekun qiymətə təsir göstərir. Nəticədə yüksək tələbat və məhdud təklif qiymətlərin bahalaşmasına səbəb olur.
Operativ Media bazardakı cari qiymətləri araşdırıb:
Qızılgül – 5–7 AZN
Tülpan – 3–4 AZN
Zanbaq – 15 AZN
Liliya – 20 AZN
Pion – 20–25 AZN (mövsümi, əsasən sifarişlə)
Ranunkulus – 8–10 AZN
Anemon – 7–9 AZN
Freziya – 4–6 AZN
Alstromeriya – 3–5 AZN
Gerbera – 4–6 AZN
Hortensiya – 25–40 AZN
Orxideya (qutuda) – 50–100 AZN
Buketlərin qiyməti isə onların tərkibindən və ölçüsündən asılı olaraq dəyişir və adətən 50 AZN-dən başlayır.
Satıcılar bildirir ki, bəzi məhsullarda qiymətlər sabit qala bilər. Lakin adətən bayram günləri qiymətlər artır və ya mövcud endirimlər dayandırılır. Bu da alıcı üçün faktiki olaraq daha yüksək xərclər deməkdir.