Menyu

Qətər iki Su-24 təyyarəsini vurub

Operativ Media
Qətər iki Su-24 təyyarəsini vurub

Qətər İran tərəfindən havaya qaldırılan iki “Su-24” tipli hərbi təyyarənin məhv edildiyini bəyan edib.

Operativ Media xəbər verir ki, bu barədə Qətərin Müdafiə Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

Məlumatda bildirilir ki, yüksək döyüş hazırlığı və aidiyyəti qurumlar arasında koordinasiya nəticəsində Qətər Əmirliyinin Hərbi Hava Qüvvələri iki “Su-24” təyyarəsini uğurla vurub.

Həmçinin qeyd olunub ki, hava hücumundan müdafiə sistemləri 7 ballistik raketi və 5 pilotsuz uçuş aparatını da hədəfə çatmadan ələ keçirib.

Nazirliyin açıqlamasına görə, yaranmış təhdid əməliyyat planına uyğun olaraq dərhal aradan qaldırılıb.

Əlaqəli Xəbərlər