İranın Küveytə hücumları nəticəsində 19 nəfər yaralanıb
Operativ Media
Martın 2-də İranın Küveyt ərazisinə təşkil etdiyi hücumlar nəticəsində azı 19 nəfər xəsarət alıb.
Operativ Media xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin rəsmi nümayəndəsi Abdulla əl-Sanadın "X" sosial şəbəkəsində dərc olunmuş bəyanatına görə, "bazar ertəsi günü 19 yeni yaralanma halı qeydə alınıb".