AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA-dan təyinat alıb.
Operativ Media xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
AFFA rəsmisi qadınlar arasında dünya çempionatının seçmə mərhələsinin Kosovo – Cəbəllütariq oyununun UEFA nümayəndəsi olacaq. C Liqasının 2-ci qrupunun I turu çərçivəsində keçiriləcək görüş martın 3-də Priştinada yerləşən "Fadil Vokrri" stadionunda təşkil olunacaq.