Menyu

Ermənistanın Baş naziri İran Prezidentinə başsağlığı verib

Operativ Media
Ermənistanın Baş naziri İran Prezidentinə başsağlığı verib

Ermənistanın Baş naziri Nikol Paşinyan İran prezidenti Məsud Pezeşkiana İran liderləri və vətəndaşlarının ölümü ilə bağlı başsağlığı məktubu göndərib.

Operativ Media xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

"İran ətrafında baş verən hadisələri dərin narahatlıqla izləyirik. İran İslam Respublikasının rəhbərliyi və vətəndaşları arasında qeydə alınan itkilərlə bağlı başsağlığımı qəbul edin. Ermənistan-İran münasibətlərinin inkişafında İslam İnqilabının Ali Lideri Əli Xameneinin şəxsi rolunu həmişə xatırlayacağıq. Bu çətin anda Yaxın Şərqdə sülhün və sabitliyin tezliklə bərpa olunmasını səmimi qəlbdən arzulayırıq. Fürsətdən istifadə edərək, sizə səbr və güc, dost və qonşu İran xalqına isə sülh və dözümlülük arzulayıram”, - deyə Ermənistanın Baş naziri qeyd edib.

Əlaqəli Xəbərlər