Menyu

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin ediləcək

Operativ Media
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin ediləcək

ADY sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

Operativ Media-ya bu barədə ADY-dən məlumat verilib.

Belə ki, 7 və 9 mart tarixlərində hər iki istiqamətə səfərlər təşkil ediləcək.

Sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.



Əlaqəli Xəbərlər