Putin İran ətrafındakı vəziyyətlə bağlı beynəlxalq telefon danışığı aparacaq
Şəfa Hüseynli
Rusiya Prezidenti Vladimir Putin martın 2-də İran ətrafındakı vəziyyətlə bağlı beynəlxalq telefon danışığı keçirəcək.
Operativ Media xəbər verir ki, bu barədə jurnalistlərə onun mətbuat katibi Dmitri Peskov bildirib.
O qeyd edib ki, dövlət başçısının 2 mart tarixinə beynəlxalq danışıqları planlaşdırılıb.
"Düşünürəm ki, günortaya qədər onlardan ən azı biri haqqında məlumat paylaşacağıq. Bundan sonra açıqlamayacağam. Təbii ki, bu, İran ətrafındakı vəziyyətlə bağlıdır", - deyə o bildirib.