Menyu

Fransa XİN: "BƏƏ-dəki hərbi dəniz bazamız PUA hücumuna məruz qalıb"

Operativ Media
Fransa XİN: "BƏƏ-dəki hərbi dəniz bazamız PUA hücumuna məruz qalıb"

Fransanın xarici işlər naziri Jan-Noel Barro ölkəsinin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) hərbi dəniz donanması obyektinə zərbə endirildiyini təsdiqləyib və hadisə nəticəsində insan itkisinin olmadığını bildirib.

Operativ Media xəbər verir ki, o, bu barədə Parisdə keçirilən mətbuat konfransında məlumat verib.

Nazir qeyd edib: "Dünən Əmirliklərdəki hərbi dəniz bazamızın anqarı Əbu-Dabi limanını hədəf alan PUA hücumu nəticəsində zədələnib. Xoşbəxtlikdən, ziyan yalnız maddi xarakter daşıyır və məhdud səviyyədədir".

Bundan əvvəl "AFP" agentliyi İran PUA-sının Əbu-Dabidəki Fransa qoşunlarının yerləşdiyi hərbi bazaya zərbə endirməsi nəticəsində obyektdə yanğın başladığını xəbər vermişdi. Fransanın silahlı qüvvələr naziri Katrin Votren isə bildirib ki, bazadakı fransız hərbçiləri "hər saat dəyişən vəziyyətlə əlaqədar maksimal hazırlıq vəziyyətindədirlər".

Əlaqəli Xəbərlər