İran Küveytdəki ABŞ bazasına və Hind okeanının şimalındakı gəmilərə hücum edib
Operativ Media
İran Silahlı Qüvvələri ABŞ-nin Küveytdəki "Əli əs-Salem" hərbi bazasına və Hind okeanının şimal hissəsindəki gəmilərinə raket zərbələri endirib.
Operativ Media xəbər verir ki, bu barədə İslam Respublikası ordusunun yaydığı rəsmi bəyanatda bildirilir.
İran dövlət televiziyasının ordunun məlumatına istinadən verdiyi xəbərə görə, son saatlarda quru və dəniz qüvvələrinin müxtəlif bölgələrdə yerləşən raket bölmələri ABŞ-nin Küveytdəki "Əli əl-Salem" aviabazasını və Hind okeanının şimalındakı hərbi gəmiləri hədəf alıb. Əməliyyat zamanı ümumilikdə 15 qanadlı raketdən istifadə edildiyi vurğulanıb.